Londonda Azərbaycan haqqında saytın təqdimatı oldu

Londonda Azərbaycan haqqında saytın təqdimatı oldu
 
Böyük Britaniyanın paytaxtı London şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yaradılan "In Azerbaijan” (//inazerbaijan.co.uk/) internet portalının təqdimat mərasimi keçirilib. Sfera.az-ın məlumatına görə, Azərbaycanın Böyük Britaniyadakı səfirliyində keçirilən təqdimat mərasimində səfirliyin əməkdaşları, yerli gənclər təşkilatlarının nümayəndələri və tələbələr iştirak ediblər. Təqdimat mərasimində çıxış edən səfirliyin 1-ci katibi Polad Məmmədov bu cür təşəbbüslərin əhəmiyyətini vurğulayaraq, "No Collective” təşkilatının həyata keçirdiyi layihənin hər iki ölkənin cəmiyyətləri arasında əlaqələrin genişləndirilməsinə təkan verəcəyini deyib. Daha sonra "NO Collective” təşkilatının rəhbərlərindən olan xanım Natali Beys portalı tədbir iştirakçılarına təqdim edib: "Portalın hazırlanması məqsədi ilə zəruri məlumatları toplamaq üçün biz Bakıya səfər etmişik. Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı, ictimai-siyasi həyatı haqqında saytda geniş məlumatlar yerləşdirilib. Portalda həmçinin Azərbaycan və Böyük Britaniya gənclərinin yazışdığı interaktiv bloq və müvafiq tədris materiallarına da yer ayrılıb. Saytdakı xəbərlər mütəmadi şəkildə yenilənəcək”.

Qeyd edək ki, təqdimat mərasimindən öncə xanım Beys paytaxt London ərazisində yayımlanan "London Live” televiziya kanalının qonağı olub və izləyicilərə portal haqqında ətraflı məlumat verib. Adıçəkilən televiziya kanalını ancaq Böyük Britaniyada ərazisində izləmək mümkün olduğu üçün, müsahibənin kiçik hissəsini layihə çərçivəsində hazırlanmış feysbuq səhifəsində (//www.facebook.com/pg/InTheLandOfFire/videos/?ref=page_internal) izləyə bilərsiniz.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...