Əkbər Hacıyev göyçaylılara zülm edir -Şikayət
Cəmiyyət
21:27 / 27.11.2016
768
"Azəriqaz” İstehsalat Birliyinin direktoru Əkbər Hacıyev göyçaylıları oktyabrın sazağında soyuqdan öldürür.
Tərəfdar.az-a şikayət məktubu yazan rayonun Çaxırlı kənd sakinlərinin sözlərinə görə, bu ilin yanvarında qaz xətti çəkilib. Amma hələ də qaz xətti istifadəyə verilməyib.
Qazın çəkilib kənd sakinlərinin istifadəsinə verilməsinə cavabdeh olan qurum Ağsu Regional Qaz Paylayıcı ASC-dir.
Ə.Hacıyevin idarəsi bu ilin sentyabrınadək xətləri sınaqdan keçirib təhvil verməli idi. Amma nədənsə işlər yarımçıq qalıb. Kənd sakinləri yenə də odun-ocaq tədarük etmək məcburiyyətində qalıblar.
Göyçay sakinlərinin sözlərinə görə, "Azəriqaz” Ağsu Regional İdarəsinin işçiləri abunəçiləri incidir. Onlar qeyd edirlər ki, havalar vaxtından tez soyuyub və evlərdə donurlar.
Ancaq çəkilən qaz xətlərinə mavi yanacaq verilmir ki otaqlar qızsın. Kənd sakinləri deyirlər ki, evlərdə körpə, yaşlı, xəstə olanlar var.

İsti kabinetində oturan idarə rəhbərləri isə kənd camaatının taleyini düşünmür. Çünki onların ailələri və övladları kombisi olan isti evlərdə qış aylarında qolu qısa köynəkdə gəzirlər.
Onu da bildirək ki, Göyçay rayonunda evlərə təbii qaz və elektrik enerjisinin verilməsində yalnız bir vaxtlar rayona rəhbərlik etmiş hazırda Ucar rayon icra hakimiyyətinin başçısı Mansur Məmmədovun dövründə problem yaşanmayıb. Belə ki, həmin dövrdə icra başçısının tapşırığına əsasən icra hakimiyyəti işçilərindən təyin olunmuş xüsusi nümayəndələr rayonda təbii qaz və elektrik enerjisinin fasiləsiz və normaya uyğun verlməsinə məsuliyyət daşıyırdılar. Və icra başçısı M.Məmmədov vəziyyəti daim nəzarətdə saxlayırdı.
Hazırda Göyçay rayonunda təbii qaz xətlərə aşaği təzyiqlə verildiyindən sakinlər xüsusilə gecə saatlarında soyuqdan əziyyət çəkirlər. Bütün bunları hamı bilsə də problemi həll edən yoxdur.
Məsələ ilə bağlı "Azəriqaz” İB-nin də mövqeyini dərc etməyə hazırıq.