Azərbaycana elektrik avtomobillərinin idxalı ARTIR – RƏQƏMLƏR

Azərbaycana elektrik avtomobillərinin idxalı ARTIR – RƏQƏMLƏR

Azərbaycana elektrik avtomobillərinin (elektromobil) idxalında sürətli artım 2024-cü ildə də davam edir. 


Sfera.az Dövlət Gömrük Komitəsinə istinadən xatırladır ki, 2024-cü ilin yanvar-fevral aylarında 222 ədəd elektromobil idxal olunmuşdu. Bu ilin yanvar-fevral aylarında isə idxal edilən elektromobillərin sayı 2,43 dəfə artaraq 541 ədədə çatıb. 


Qeyd edək ki, idxal olunan elektromobillər əsasən yeni (“sıfır kilometr”) və az sürülmüş avtomobillərdir. Bu avtomobillərin dəyəri yüksəkdir. 2024-cü ilə aid olan məlumata əsasən, idxal edilən bir elektromobilin orta qiyməti 42,24 min dollar olub.  


Qiymət səviyyəsinə görə elektromobillər digər avtomobillərdən daha bahadır. Elektromobillərin baha olmasına baxmayaraq, onların idxalı zamanı kiçik xərclərin olması, həmçinin sonradan bu avtomobillərdən istifadə zamanı cari xərclərin çox olmaması elektromobillərə tələbi artırır. Buna görə də proqnozlaşdırmaq olar ki, qarşıdakı aylarda da elektromobil idxalında artım davam edəcək. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR