Xankəndidə 19 qumbara, saatlı bomba və digər silahlar tapıldı

Cəmiyyət
10:52 / 26.03.2024
4780
Xankəndidə xeyli silah-sursat tapılıb.
Sfera.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 25-də Xankəndi şəhəri ərazisindən ümumilikdə 6 avtomat silahı, 1 tapança, 6 tüfəng, 19 qumbara, 1 saatlı bomba, 19 alışdırıcı, 50 patron darağı, 6321 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.