Günəşdə partlayış oldu - "Maqnit aktivliyi tez bitməyəcək"- Alimdən XƏBƏRDARLIQ

Günəşdə partlayış oldu -

Günəşdə bir neçə partlayışın baş verməsindən sonra yaxın günlərdə maqnit aktivliyinin artması müşahidə olunacaq. 


Sfera.az xəbər verir ki, bununla bağlı açıqlamanı Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutunun baş elmi işçisi Sergey Yazev “İzvestiya” nəşrinin əməkdaşı ilə söhbətində bildirib. 

 

Alim xəbərdarlıq edib ki, Günəşdə bir neçə partlayış olduğu üçün maqnit aktivliyi tez bitməyəcək: “Partlayışların bəzilərində emissiyalar olub, bəzilərində isə yox. Buna görə də pozulmuş maqnit mühiti bir neçə gün davam edəcək. Amma maqnit qasırğasının olub-olmayacağını indidən söyləmək çətindir”. 

 

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası martın 23-də Günəşdə güclü parlamanın baş verdiyini bildirib. Martın 23-də Günəşdə bir neçə güclü partlayışın baş verməsindən sonra maqnit qasırğasının olacağına dair ehtimallar irəli sürülüb. 
Belə bir ehtimalı ABŞ-nin Kosmik Hava Proqnozu Mərkəzi də təsdiqləyib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR