Azərbaycanda bu su anbarı 10 il sonra tam doldu

Azərbaycanda bu su anbarı 10 il sonra tam doldu

Cəlilabad rayonunda yerləşən Göytəpə su anbarı tam su ilə dolub.

 

Sfera.az Report-a istinadla xəbər verir ki, son günlər intensiv yağıntılar nəticəsində anbarda belə bir vəziyyət yaranıb.

 

Sonuncu dəfə anbarda bu qədər su kütləsi 2014-cü ildə müşahidə olunub.

 

Qeyd edək ki, sözügedən anbar Göytəpəçayın məcrasında yerləşir. Anbarın 2010-cu ildə tikintisi başa çatıb və açılış mərasimi keçirilib.


OXŞAR XƏBƏRLƏR