Pensiyaçıların sayı niyə azalıb? - Millət vəkili səbəbləri AÇIQLADI

Pensiyaçıların sayı niyə azalıb? - Millət vəkili səbəbləri AÇIQLADI

Pensiyaçıların sayının azalması səbəblərini müəyyənləşdirmək üçün pensiyaçıların strukturundakı dəyişikliklərə diqqət yetirmək lazımdır. 


Sfera.az xəbər verir ki, bunu pensiyaçıların sayında azalmanı şərh edən zaman millət vəkili, iqtisadçı Vüqar Bayramov bildirib. 


Millət vəkili Dövlət Statistika Komitəsinə istinadən xatırladıb ki, 2023-cü ildə pensiyaçıların sayı 18 min 200 nəfər azalaraq 1 milyon 96 min olub. 


Onun sözlərinə görə pensiyaçıların sayında azalmaya səbəb pensiyaçıların strukturu üzrə dəyişikliyin baş verməsidir: “2022-cü ilin yekunlarına görə yaşa görə pensiya alanların sayı 696 min 375 nəfər olub. 2024-cü ilin yanvarın 1-də isə bu rəqəm 701 min 440 nəfər idi. Deməli, pensiya yaşı tamam olaraq pensiyaya çıxanların sayında azalma yoxdur. Əksinə yaşa görə pensiya alanların sayı 5 min 65 nəfər artıb. Ötən ilin yekunlarında əlilliyə görə pensiya alanların sayı 258 min 656 nəfər olub. 2022-cü ilin sonuncu günü isə ölkədə 272 min 979 nəfər əllillyə görə pensiya alıb. Bu isə o deməkdir ki, ötən il ərzində əlilliyə görə pensiya alanların sayı 14 min 323 nəfər azalıb.Ailə başçısının itirilməsinə görə pensiya alanların sayı isə bu ilin ilk gününə 135 min 904 nəfər olub. Bir il öncə bu rəqəm 144 min 846 nəfər idi. Deməli, ailə başçısının itirilməsinə görə pensiya alanların sayı da ötən il ərzində 8 min 942 nəfər azalıb. Bütövlükdə, əlilliyə və ailə başçısının itirilməsinə görə pensiya alanların sayı ötən il ərzində 23 min 265 nəfər azalıb. Bu statistik təhlil göstərir ki, yaşa görə pensiya alanların sayında artımın olmasına baxmayaraq digər iki əmək pensiyası üzrə azalma ümumi pensiya alanların sayını azaldıb”. 


V.Bayramov hesab edir ki, pensiyaçıların sayındakı bu struktur dəyişikliyi pensiya islahatlarının daha da dərinləşdirilməsini və əlilliyə, ailə başçısının itirilməsinə görə pensiya alanların sayının azalması səbəblərinin tam araşdırılmasını aktuallaşdırır.


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Vladimir Zelenski tezliklə Bakıda Hökumətlərarası Komissiyanın iclasının keçirilməsi barədə razılıq əldə edi...

Sabah Bakının bu ərazisində işıq olmayacaq - XƏBƏRDARLIQ

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 6 kV-luq hava xətlərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması ilə əlaqədar iyulun 2...