Pirotexniki vasitələri satan şəxs məsuliyyətə cəlb edildi - RƏSMİ

Pirotexniki vasitələri satan şəxs məsuliyyətə cəlb edildi - RƏSMİ

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb, o, məsuliyyətə cəlb edilib.

 

Araşdırmalar aparılır.


OXŞAR XƏBƏRLƏR