“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri KEÇİRDİ - FOTO - VİDEO

“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün xeyriyyə tədbiri KEÇİRDİ - FOTO - VİDEO

Novruz bayramı ərəfəsində, martın 17-də, Şüvəlan qəsəbəsində yerləşən “McDonald’s” restoranında şəhid övladları üçün təşkil olunmuş xeyriyyə tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, bayram tədbirində 8-11 yaş arası 60-dan çox uşaq iştirak edib, onlar üçün xüsusi əyləncə proqramı, həmçinin bayram naharı təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif inkişafetdirici stolüstü oyunlar hədiyyə edilib. Səmimi mühitdə və bayram atmosferində baş tutan tədbir hər kəsə xoş təəssürat bağışlayıb.

 

Qeyd edək ki, bu tədbir daha öncə Anlaşma Memorandumu imzalamış "McDonald's Azərbaycan" şirkəti ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu arasında əməkdaşlığın başlanğıcını simvolizə edir.

 

Əməkdaşlıq çərçivəsində əhalinin sosial cəhətdən həssas kateqoriyalarına, o cümlədən 2020-ci ilin payızında baş vermiş Vətən müharibəsi zamanı dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərin və müharibə veteranlarının övladlarına dəstək məqsədilə bir sıra sosial təşəbbüslər həyata keçiriləcək.

 

Uzunmüddətli perspektivdə sosial yardımın göstərilməsi, o cümlədən şəhid övladları üçün inkişafetdirici və əyləncə tədbirlərinin təşkilinə xüsusi diqqət ayrılacaq.

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...