"Bəziləri bu bayramı farslarla, bəziləri isə dinlə..." - Novruzun mahiyyəti ilə bağlı AÇIQLAMA

"Novruz bayramının fəlsəfi anlamı ilə bağlı yeni yanaşmalara ehtiyac var. Uzun illər, sovetlər rejimi dövründə xalqın bir çox milli dəyərləri kimi, bu bayram da qadağan olunmuşdu. Amma insanlar qadağalara baxmayaraq, bu mərasimləri şüurlarında yaşadaraq qeyd ediblər. Azərbaycan müstəqillik qazandıqdan sonra Novruz bayramı ən yüksək səviyyədə, dövlətin rəsmi təqvimi ilə keçirilir".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli bildirib.

 

"Bəzi dindarlar Novruz bayarımını, fəlsəfəsini, mahiyyətini Azərbaycan türkləri ilə bağlı olmadığını israrla cəmiyyətə, insanların beyninə doldururlar. Totalitar sovet rejimi bu bayramı qadağan etməyə çalışdı, amma bacarmadı. Xalq bu milli ənənəni şüurunda, məişətində yaşatdı. Bəziləri bu bayramı farslarla, bəziləri isə dinlə bağlamağa cəhd göstərdi. Bütün qüvvələrin cəhdləri əbəs olub. Çünki təbiətlə bağlı olan bu oyanış prosesi heç bir dini faktorla, heç bir fars mənşəli məqamla bağlı deyil. Ümumilikdə Novruzla bağlı bəzi xoşagəlməyən ənənələrin korrektə olunmasına tədricən ehtiyac var. Bu bayramın fəlsəfi anlamı ilə bağlı tədqiqatçıların izahatlarına, yeni fikirlərinə zərurət hiss olunur".

 

Əkrəm Baydəmirli qeyd edib ki, Novruz bayramı 2009-cu ildə müvafiq dövlət qurumlarının birgə səyi ilə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilib.

 

"Həmçinin BMT Baş Məclisi tərəfindən martın 21-nin Beynəlxalq Novruz Günü kimi qeyd olunmasına dair qərar qəbul edilib. Bununla da sübut olunub ki, bu bayram hansı xalqa məxsusdur".

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...