"Mədəniyyət Könüllüləri" İctimai Birliyi Gəncədə səfərdə oldu - FOTOLAR

"Mədəniyyət Könüllüləri" İctimai Birliyi Gəncədə səfərdə oldu - FOTOLAR
Kateqoriya məlum deyil
T

12 mart 2024-cü il tarixində Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin “Mədəniyyətə könül ver!” adlı görüşü keçirilib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin  abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının əməkdar artisti Ramil Qasımov, KOBİA-nın Gəncə-Qazax Regional Koordinatorluğunun koordinatoru Anar Əliyev və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli çıxış ediblər. Çıxışlarda mədəniyyət sahəsində mədəniyyət könüllülərinin əhəmiyyətindən bəhs edilib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğu bildirilib. Görüşdə 200 nəfərə yaxın gəncəli mədəniyyət könüllüsü olub. Tədbirin sonunda mədəniyyət könüllülərinin fəxri üzvü İlkin Dövlətov “Bura Vətəndir” mahnısını ifa edib.

 

Görüşdən sonra dahi şair, mütəfəkkir  Nizami Gəncəvinin məqbərəsi və muzeyi  ziyarət edilib. Muzeydə nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.

 

Daha sonra isə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında gəncəli mədəniyyət könüllüləri tərəfindən hazırlanmış “Novruz şənliyi” tamaşası təqdim edilib.  Tamaşa izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

 

Növbəti gün Məhsəti Gəncəvi Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin və “Fərəh” Sosial İctimai Birliyinin fiziki məhdudiyyətli üzvləri ilə görüş keçirilib. Görüşdə “Fərəh” Sosial İctimai Birliyinin təsisçisi İlqar Hümbətov, əməkdaşı Əzizə Quliyeva fəaliyyətləri haqqında məlumat veriblər. Görüş zamanı fiziki məhdudiyyətli mədəniyyətsevərlər arasında şeir söyləyən, tarda ifa edən və əl işlərini təqdim edənlər olub. “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qurumun məqsədi və fəaliyyəti haqqında danışıb.

 

Daha sonra isə “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin sədri və üzvlər “URBAN” Mərkəzində “Gəncəsənət” layihəsinin iştirakçıları ilə görüşüblər. Görüşdə Gəncə sənətkarlarının əl işlərinə baxış keçirilib və gələcəkdə nəzərdə tutulan sərgi və yarmakalar müzakirə edilib. Təşkil olunan görüşlər mədəniyyətsevərlər üçün maraqlı və səmərəli keçib. Yekunda Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin nümayəndəliyinin yaradılması ilə əlaqədar müzakirələr aparılıb.

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR