Deputat oğlunun adı hallanan qətl işinin məhkəməsində İNTİM SÖHBƏTLƏR

Deputat oğlunun adı hallanan qətl işinin məhkəməsində İNTİM SÖHBƏTLƏR
 
Qubada "Retro” istirahət mərkəzinə apardığı qadını qətlə yetirməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə davam edib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən təqsirləndirilən şəxs Elməddin Əhmədovun vəkili vəsatətlə çıxış edib. O bildirib ki, şəxsi həyatla bağlı və intim məsələlər olduğu üçün prosesin qapalı keçirilməsini istəyirlər. Vəsatət təmin edilib. Media nümayəndələri zaldan çıxarılıb.

Qeyd edək ki, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova tanışı, 1982-ci il təvəllüdlü Elməddin Əhmədovla birgə istirahət etmək üçün yanvarın 13-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən "Retro” ailəvi istirahət mərkəzinə gediblər. Onlar gecəni bir yerdə keçiriblər. Yanvarın 14-də E. Əhmədovla K. Zalova arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb. Həyata keçirilən tədbirlər nəticəsində E. Əhmədov tutularaq istintaqa təhvil verilib.

Bildirək ki, bu olayla bağlı mediada geniş araşdırılma aparılıb. Bununla bağlı mediada yer alan məlumatları cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: "Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli "İnfiniti FX 35″ markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.

Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb. Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.

E.Hüseynov doğurdan da İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra həll edildiyini bildirdi. Məlumata görə, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir. Xəbər verdiyimiz kimi, Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin heç də yaxşı olmadığı iddi olunur. Könül Zalovanın 12-13 yaşlarında bir oğlan usagı da var. Asma xəstəliyindən əziyyət çəkən uşağın kimin yanında olması hələ ki məlum deyil.

Məlumata görə, K.Zalovanın Elməddin Əhmədovla uzun müddətdir münasibəti var. Qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisədir. K.Zalova onun 200 min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava ediblər və qətl baş verib. Cinayət işinin istintaqını aparan Quba rayon Prokurorluğunun müstəntiqi Elmar (soyadını dəqiqləşdirə bilmədik) işinin çox olduğunu əsas gətirərərək suallarımıza cavab vermədi.
Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən yanvarın 15-də qətlə yetirilib. 38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalar davam etdirilir”. (cumhuriyyet.az)


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...