"Köşkün arxasında gizlənib, görünmür" -  "28 May"da cərimələnən sürücülərlə bağlı AÇIQLAMA 

Xəbər verdiyimiz kimi, Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, ötən gündən etibarən "28 May" metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanıb. Bu qərar sürücülər arasında müəyyən narazılıqlar yaradıb. Belə ki, qərardan xəbərsiz olanlar və ya qaydanı pozanlar dərhal 80 manat məbləğində cərimə ediliblər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib ki, sürücülərin əksəriyyəti diqqətsizlik ediblər:

 

“Onlar nişanlara, nişanlanma xətlərinə, digər yol hərəkəti infrastrukruna fikir vermədən əraziyə daxil olurlar. Çox istərdim ki, yol polisləri bir neçə gün, ən azı bu həftə ərzində sürücüləri cərimələməyə yox, onları maarifləndirməyə üstünlük versinlər. Çünki cərimə məbləği də çox böyükdür. Həm də Dilarə Əliyeva küçəsindən dönmə məsələsində də müəyyən problemlər var. Vətəndaşlar qeyd edirlər ki, nişan köşkün arxasında gizlənib, görünmür. Belə məhdud şəraitdə sürücüləri başa düşmək lazımdır”.

 

Ekspert qeyd edib ki, sözügedən infrastrukturun qurulması barədə məlumat da qəfil oldu:

 

“Bu baxımdan, insanlara anlayış göstərmək lazımdır. Həm yol polisi, həm də AYNA-nın əməkdaşları “Giriş qadağandır” nişanın ətrafında dayansalar, orada xidmət aparsalar, yaxınlaşan sürücülərə nişanları göstərsələr, bu barədə məlumat versələr, yaxşı olardı, nəinki, kənar yerdə gözləyib sürücünün nişan tələbini pozmasını gözləmək..Bu, yaxşı hal deyil. Artıq ciddi narazılıqlar var. Bu məsələ insanlarda qıcıq yaradır, diqqətli olmaq lazımdır. Ümumilikdə, həmin ərazidə nəqliyyatın hərəkətinin hansısa formada tənzimlənməsi həyata keçirilməlidir”.

 

Xatırladaq ki, bundan əvvəl isə Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.

 

Günay


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...