Sabah bu rayonda qaz KƏSİLƏCƏK
Kateqoriya məlum deyil
Sabah Qəbələnin təbii qazla təchizatında fasilə yaranacaq.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-dən məlumat verilib.
Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu"nda aşkar olunmuş qaz sızmasının ləğvi, korroziyaya uğramış hissənin dəyişdirilməsi ilə əlaqədar saat 09:00-dan işlər başa çatana qədər “Qəbələ” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.






