"Əsasən, qadınlar diqqətli olmalıdırlar" - Psixoloq virtual tanışlığın təhlükəsindən DANIŞDI

Sosial şəbəkədə tanış olaraq münasibət qurmaq yeni dövrün trendinə çevrilib. Nümunə olaraq, “ciddi_evlilik_yeni”, “evlilik_dostluq_tanışlıq” və.s səhifələri göstərmək olar ki, insanlar tanışlıq üçün istifadə edirlər. Bununla kifayətlənməyib ayrıca mesaj yazaraq tanış olanlara da rast gəlinir.

 

Bəs bu yolla yaranan münasibət ciddiləşə bilərmi?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülnarə Baxşıyeva bildirib ki, sosial şəbəkədə olan tanışlıqdan ciddi gözləntilərin olması düzgün yanaşma deyil.

 

“Virtual tanıdığımız insanlardan heç bir gözləntimiz olmamalıdır. Qarşımızdakı insanın danışıq zamanı qeyri-etik ifadələrdən istifadə etməsi qadını yoxlamaq məqsədi daşıyır. Qadın öz sərhədlərini bildirməsə, qeyri-etik ifadələrin işlədilməsini normal qarşılasa, bu söhbət intim mövzuya çevrilir. Mövzunu cinsi əlaqəyə çevirən heç bir kişinin fikri ciddi olmur. Sosial şəbəkədə tanış olduğumuz insanla tez səmimi olmaq, həyatda başımıza gələn bütün hadisələri danışmaq da düzgün deyil. Sonra həmin məlumatlardan istifadə edərək qadınlara hədə-qorxu gələn kişilərin sayı da az deyil".

 

Psixoloq qeyd edib ki, sağlam düşüncəli insan, həyatda üzləşdiyi hər çətinliyi virtual tanıdığı birinə danışmaz.

 

“Sosial şəbəkələrdən yaranan hər tanışlığa güvənmək olmaz. Əsasən, qadınlar diqqətli olmalıdırlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Bakıda cibgirlik edən Əlcəzair vətəndaşları saxlanıldı

Bakının mərkəzində cibgirlik edən Əlcəzair vətəndaşları saxlanılıb.   Sfera.az xəbər verir k, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əmək...

ABŞ bu silahlara görə 1 trilyon dollar xərcləyəcək

ABŞ hökuməti, qarşıdakı on il ərzində nüvə silahlarının idarə olunması, saxlanması və modernləşdirilməsi üçün təxminən 1 trilyon dollar vəsait xərcləyəcək. Bu m...

İlhamə Elşadqızı məhkəmədə ifadə verdi - FOTO

"TikTok"da əxlaqsızlığın təbliğinə qarşı keçirilən əməliyyatlarla bağlı həbs olunan şair İlhamə Elşadqızı barəsində olan cinayət işi üzrə məhkəmə pros...

Putinin səssizliyi Trampı əsəbləşdirdi: “İkinci sanksiyalar qapıdadır”

ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putinin İstanbulda keçiriləcək atəşkəs danışıqlarına qatılıb-qatılmayacağı ilə bağlı açıqlama verib. Tra...

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...