\"Əmioğlu, xalaoğlu kimi yaxın qohumlarla nikah qadağan edilməlidir\" - Zahid Oruc

\

"Dünya əhalisinin 20 faizə qədəri qohum evliliklərindən doğulanlardır".

 

Sfera.az xəbər verir ki, bunu “Qohum nikahları ilə bağlı” ictimai müzakirə zamanı deputat Zahid Oruc deyib.

 

"Hətta mənim ailə ağacımda qohum nikahları mövcuddur. Bu, mədəniyyət, etnik mənsubiyyət, din amilindən və adət-ənənələrdən ortaya çıxır. Sadəcə din amilini qabartmağa ehtiyac yoxdur. İqtisadiyyatı qapalı olan, məlumatsız cəmiyyətlərdə bu daha çox yayılıb. Pakistanda, Hindistanda bu hadisələr 50 faizdən çoxdur.

 

İki tarixi konteksti qeyd etmək istəyirəm. Biri Misir fironları ilə bağlıdır. Kral ailəsinin iflasa uğramasının əsas səbəblərindən biri də bu cür qohum evlilikləridir. İslam dini ilə əlaqəsini də deyə bilərəm.Peyğəmbərimizin qızı Fatiməni əmisi oğlu ilə evləndirməsi faktı var. Peyğəmbərə bəlli idi ki, növbəti irsdə nələr baş verəcək. Diqqət etsəniz, nəinki kasıblar arasında, varlılarda da qohum evlilikləri var. Onlar mirasım kimə qalacaq düşüncəsi ilə qohum evliliyi edirdilər. Qohum nikahlarına həm də ona görə üstünlük verilir ki, ailələr bir-birini tanıyır, buna görə də xərc az çıxacaq.

 

Bizdə qanunvericiliklə qohum nikahları, erkən nikahlarla bağlı qadağa var, ancaq nişanlılıqla bağlı qadağa yoxdur. Məncə, bu da olsa, yaxşı olar. Çıxış yollarından biri qohumluq dairəsini genişləndirməkdir. Əmioğlu, xalaoğlu kimi yaxın qohumlarla nikahı da qadağan etmək olar. Səhiyyə üzrə maarifləndirmələr, qohum nikahlarından yaranan xəstəliklərin ictimaiyyətə çatdırılması bunu azalda bilər. Dini qurumların da rolu böyükdür. Sənin nikahın göydə kəsilib deyib elmin əleyhinə getmək yanlışdır”. 

 

Millət vəkili qeyd edib ki, 2022-ci ilin statistikasına görə, 15-17 yaş arası qadınlar tərəfindən 2011 uşaq dünyaya gətririlib. Onlardan 1880-i qadınların 1-ci, on ikisi  2-ci, on biri isə 3-cü övladıdır. 

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...