Ləman Ələşrəfqızı işdən azad edilən “Azəriqaz” sədrindən YAZDI

Ləman Ələşrəfqızı işdən azad edilən “Azəriqaz” sədrindən YAZDI

Tanınmış jurnalist Ləman Ələşrəfqızı “Azəriqaz” İstehsalat Birliyinin vəzifəsindən azad edilən sədri Ruslan Əliyevdən yazıb.

 

Sfera.az bildirir ki, jurnalist fikirlərini bu cür ifadə edib:

 

“Əlbəttə, vəzifə ömürlük deyil və əminəm ki, dünyanın heç bir yerində vəzifə adamının işini itirməsinə bizdəki kimi reaksiyalar olmur. Bizdə dərhal təftiş başlayır: necə işlədi, neçə il oturdu, nə qədər yedi və s. Ruslan Əliyev nadir vəzifə adamlarından idi ki, sadəliyini sona qədər qorudu. Suallara həmişə açıq oldu. “Facebook”dan bizim hər birimiz kimi istifadə etdi, yəni kabinet məmurundan daha çox, sosial şəbəkə məmuru kimi tanındı. Kimsə “Azəriqaz”dan nəsə yazanda problemin üstünə şəxsən özü getdi”.

 

L.Ələşrəfqızı bildirib ki, R.Əliyevin quruma sədrlik etdiyi müddətdə necə işlədiyini daha çox bu sahənin mütəxəssisləri və iqtisadçılar deyə bilər: “Hər halda, bizim cəmiyyət "harın məmur" tipindən çox bezib, yorulub. Bəlkə də buna görədir ki, sadə vəzifə adamları işdən gedəndə təəssüflənirlər”.

 

Qeyd edək ki, bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib. Məlumata görə, onun yerinə sədrin müavini Azər Məmmədov təyin olunub.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR