Bakıxanovun ən böyük elektronika və mebel mağazası açılışa hazırlaşır – TEZLİKLƏ

Bakıxanovun ən böyük elektronika və mebel mağazası açılışa hazırlaşır – TEZLİKLƏ

Ölkənin ən böyük pərakəndə satış şəbəkələrindən biri olan “Kontakt” bu dəfə Bakıxanovda daha da böyük ərazidə fərqli üslubda dizayn edilmiş mağazası ilə alıcılarına xidmət göstərəcək.  

 

Rəsmi açılışa tam sürətlə hazırlıqları gedən yeni mağaza Dəmiryol stansiyasına 150 metr piyada məsafəsində, Bakıxanov Mall-un düz yanında yerləşir.

 

Ümumi sahəsi 5000m2 olan mağaza beş mərtəbədən ibarətdir. Burada evinizə lazım olan hər şeyi – rəqəmsal, kiçik və böyük məişət texnikası, nəqliyyat, ev tekstili, qab-qacaqlar, mebeller daxil olmaqla, ümumilikdə, 30 000-dən çox çeşiddə məhsulu rahatlıqla tapa bilərsiniz. Bundan başqa, xüsusi dizayna malik bu mağazada müxtəlif Brend Zonalarıyla yaxından tanış ola, Qəhvə Zonasında da zaman keçirə biləcəksiniz.  

 

Mağazada müştərilərin alış-veriş prosesinin rahatlığı da düşünülüb. Belə ki, burada balacaların əyləncəli zaman keçirə biləcəyi Uşaq Zonası da olacaq. Əlavə olaraq, növbə gözləyərkən kassa bölməsində ödənişsiz “WiFi” Zonasında internetdən istifadə edərək vaxtınızı səmərəli keçirə biləcəksiniz. Qısaca desək, bu “Kontakt” mağazasında hamı özünə yer tapa biləcək.

 

Beləliklə, şəbəkə hər kəsi Bakıxanovda yeni açılacaq ən böyük elektronika və mebel mağazasında gözləyir. Odur ki, rəsmi açılış tarixindən və “Kontakt”ın digər yeniliklərindən xəbərdar olmaq üçün şəbəkənin sosial media kanallarını izləyə bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

Daşkəsəndə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Mayın 14-də saat 00:30 radələrində 3 nəfər (1-i qadın, 2-si kişi cinsli olmaqla) dəm qazından zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili ...

İdeal evlilik yaşı açıqlanıb - "Evlənməyin də öz vaxtı var"

“Tənhalıq insana xas bir xüsusiyyət deyil. Bir insan ailə qurarkən bunun necə məsuliyyətli bir iş olduğunu dərk etməlidir”.   Sfera.az Te...

Türkiyədə sudan zəhərlənən 80 nəfər xəstəxanaya müraciət edib

Türkiyənin Bolu vilayətinin 4 kəndində içməli su ilə əlaqədar kütləvi zəhərlənmə baş verib.   Sfera.az Trend-ə isinadən xəbər verir ki, bu barədə Tür...

Rusiyada“WhatsApp” MMC və “Signal Messenger” MMC cərimələndi

Moskvanın Taqanski Rayon Sülh Məhkəməsi “WhatsApp” və “Signal” messencerlərini Rusiya qanunlarına tabe olmamaqda günahlandırıb.  ...

"Azərbaycan və Ermənistan "İbrahim sazişi"nə qoşula bilər" - ABŞ-dən İDDİA

Azərbaycan və Ermənistan İbrahim razılaşmasına qoşula bilər.   Sfera.az xəbər verir ki, bunu ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff “Breitbart News...

Qadının əməliyyatdan sonra ölməsi ilə bağlı şok açıqlama

Kürdəmirdə xəstə əməliyyatdan sonra dünyasını dəyişib.   Sfera.az Report-a istinadən xəbər verir, ki hadisə rayon mərkəzi xəstəxanasında qeydə a...