Azərbaycanda ən çox maaş kimlərə təklif olunur? – FOTO

Azərbaycanda ən çox maaş kimlərə təklif olunur? – FOTO

Dövr, maraqlar, cəmiyyət dəyişsə də, dəyişməyən, zamanla qəlib formasına düşən cümlələr var. Bunlardan “iş tapa bilmirəm”, “yüksək maaşlı iş tapa bilmirəm” kəlmələrini daha tez-tez eşidirik.

 

Bəs görəsən, həqiqətənmi Azərbaycanda yüksək maaşlı iş tapmaq çətindir?

 

Sfera.az Oxu.az-a istinadən bildirir ki, ölkədə eyni sahə üzrə müxtəlif maaşlı işlər təklif olunur.

 

Elan saytlarında ən yüksək maaş maliyyə sahəsində təklif olunur:

Maliyyə direktoru – 6 000 manat;

Baş mühasib – 4 500 manat;

Vergi direktoru – 4 500 – 6 000 manat.

 

Ən çox maraq olan satış sahəsində isə vəziyyət belədir:

 

Mağazanın bölgə müdiri – 2 500 – 3 000 manat;

 

Satış meneceri – 4 000 manat.

 

Əksəriyyətin gəlirlərin yüksək olduğunu düşündüyü təmir-tikinti sahəsində isə vəziyyət belədir:

 

Bu sahə üzrə santexnika ustalarına 800 manat, elektriklərə isə 500 – 1 500 manat arası əməkhaqqı təklif edilir.

 

Səhiyyə sahəsində isə vəziyyət tam fərqlidir. Eyni vəzifə üzrə müxtəlif qurumlar tərəfindən fərqli maaşlar təklif olunur. Belə ki, bir müəssisə həkimə 2 400 manat, digəri isə 600 manat maaş təklif edir. Digər ixtisaslardan:

 

Optika üzrə tibbi nümayəndəyə – 1 500 – 2 000 manat;

 

Əczaçıya – 700 – 800 manat;

 

Tibb bacısına – 500 manat əməkhaqqı təklif edilir.


OXŞAR XƏBƏRLƏR