Azərbaycanda mehmanxanaların sayı 800-ü ÖTDÜ

2023-cü ildə Azərbaycanda mehmanxanaların sayı 52 ədəd artaraq 809 ədədə çatıb.
Sfera.az xəbər verir ki, bir il əvvəl ölkəmizdə 757 mehmanxana var idi.
Mehmanxanaların sayının artmasından sonra hotellərdə yerlərin sayı, yəni birdəfəlik tutum sayı 59 407 ədədə yüksəlib. Əvvəlki ildə yerlərin sayı 56 562 ədəd idi.
Azərbaycanda ən çox mehmanxana Bakı şəhərindədir. Paytaxtda mehmanxanaların sayı 38 ədəd artaraq 303 ədədə çatıb.
Mehmanxanaların sayı Xaçmazda 58 ədəd (1 ədəd artıb), Masallıda 33 ədəd (3 ədəd artıb), Qubada 31 ədəd (2 ədəd artıb), Lənkəranda 28 ədəd (2 ədəd artıb) təşkil edib.
Azərbaycanın bir neçə yaşayış məntəqəsində isə mehmanxana yoxdur. Bunlar Qobustan, Samux, Siyəzən, Ucar, Hacıqabul və Neftçala rayonlarıdır.
Vasif