Azərbaycanda filmlər niyə uğur qazanmır? – AÇIQLAMA 

Azərbaycanda filmlər niyə uğur qazanmır? – AÇIQLAMA 

Filmlərin fərqli məqamlarda çəkilməsinin faydası çoxdur. Bir neçə məkanda çəkilən film böyük uğur qazandıqdan sonra həmin ərazilərə turist axını olur.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri kinotənqidçi Hacı Səfərov bildirib.

 

“Filmlərin bir çox funksionallığı var. Əksəriyyətində cəmiyyətdə olan problemlərə, ictimai məsələlərə toxunulur. Bu filmlər vasitəsilə insanlar həmin ictimai məsələlərdən xəbərdar olurlar. Filmlər yalnız əyləncə və qazanc məqsədilə deyil, maarifləndirmə məqsədilə də çəkilir. Filmlərin özlərində müəyyən etik kodlar və etik mesajlar olur”.

 

Hacı Səfərov qeyd edib ki, filmlərin artması məşğulluq prosesinə də təsir göstərir. Yəni bu sahəylə məşğul olan insanların, peşəkarların sayı artır.

 

“Daha çox insan bu sahəylə pul qazanır və iqtisadi güc yaranır. İqtisadi güc artan zaman film sahəsinə olan maraq da artır. Filmlər vasitəsilə insanların problemlərini ictimaiyyətə çatdırmaq mümkündür. Azərbaycan kinosunda kiçik büdcə ilə çalışan insanlar var ki, onların çəkdikləri filmlər beynəlxalq festivallarda uğur qazanırlar. Ancaq bu uğur və əldə olunan nəticə davamlı deyil. Artıq insanlar müəyyən müddət sonra könüllü işləmək istəmirlər. Bu işdən qazanc əldə etmək istəyirlər. İqtisadi güc olmadan çəkilən filmlər dayanıqlı olmur. Maliyyə olmadığı zaman avtomatik olaraq motivasiya da olmur. Ona görə insanlar film sahəsindən uzaqlaşmalı olurlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...