Miri Yusifin konserti üçün bilet satışı təyyarə sürəti ilə uçur - FOTO

Miri Yusifin konserti üçün bilet satışı təyyarə sürəti ilə uçur - FOTO

Ölkənin sevilən ifaçısı Miri Yusif yeni konsert proqramına yüksək səviyyədə hazırlaşır.

 

Sfera.az xəbər verir ki, görüş yeri kimi on ildir ənənəyə sadiq olaraq Yaşıl Teatrda yay mövsümü açıq elan edilir.

 

Səhnə ən böyük olmasa belə, ictimaiyyət üçün son dərəcə sevimli və əvəzedilməzdir. Çıxış tarixləri isə - 12,13 və 14 iyuldur. Fevral ayının hələ də soyuq olmasına baxmayaraq, Miri Yusifin yay konsertinə biletlərin satışa çıxarılması əsl səs-küyə səbəb olub. Iticket kassalarında satışların başlanması ilə bir həftə ərzində artıq 800-dən çox bilet satılıb.

 

Qeyd etməliyik ki, Miri Yusif harada olursa olsun, onun bütün çıxışları həmişə böyük coşqu ilə müşayiət olunub. Müğənninin pərəstişkarları onda həm böyük konsert salonlarını, həm də bütün stadionları işıqlandıra bilən xüsusi bir istedadın olduğunu bildirirlər.

 

Təsadüfi deyil ki, Miri Yusifin gözlənilən yeni konsert proqramı yenidən böyük ajiotaja səbəb olacaq. Müğənninin hər konserti ərəfəsində sosial şəbəkələrdə pərəstişkarları bilet əldə etməyin mümkün olmadığından şikayətlənirlər. Hər bir şanslı bilet sahibi əmin ola bilər ki, onu möhtəşəm bir şou gözləyir. Bu müddət ərzində isə xalq artisti bütün enerjisini xalqa verərək imkanlarının artığı ilə çıxış edəcək. Musiqiçinin hər ifası o qədər rəngarəng və enerji dolu olacaq ki, konsertin sonunda təkcə musiqiçi deyil, həm də onunla birgə saatlarla oxuyan pərəstişkarlarının da enerjisi tükənəcək.

 

Məhz dinləyicilərinə xüsusi yanaşması sayəsində Miri Yusifin konsertləri pərəstişkarlarının aylarla gözlədiyi əsl möhtəşəm hadisəyə çevrilir. İndi sevimli müğənni pərəstişkarlarına Yaşıl Teatrda üç unudulmaz axşam vəd edir. Bununla əmin ola bilərsiniz ki, qarşıdan gələn konsert isti yayın ən sərin və möhtəşəm mədəni hadisəsi olacaq.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...