Elnur Allahverdiyev seçiciləri ilə görüşdü - FOTOLAR

"Bu gün seçicilərlə növbəti görüş keçirilib və onları narahat edən məsələlər barədə fikir mübadiləsi aparılıb".
Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib. Onun sözlərinə görə, məşğulluq, sosial təminat, hüquqi yardım, daşınmaz əmlak məzmunlu problemlər dinlənilib.
“Dairəmizin infrastruktur çətinlikləri ilə bağlı ayrıca söhbətimiz olub. Bu gündən etibarən rayon İcra Hakimiyyətinin dəstəyi ilə küçə və dalanlar olmaqla, 14 ünvanda işıqlandırma probleminin həllinə başlanılıb. Sakinlərin müraciəti və bizim təşəbbüsümüz əsasında küçə və dalanların işıqlandırılmasında mövcud olan nasazlıqlar aradan qaldırılır, köhnə çıraqlar yeniləri ilə əvəzlənir. Daha bir ünvan–Nərimanov prospekti 24/57-də isə təşəbbüsümüzlə sakinlərin istirahəti üçün nəzərdə tutulan ərazidə abadlıq işlərinə başlanılıb.
Yaxın günlərdə bu barədə ətraflı məlumat veriləcək. Qarşıdakı günlərdə qəbul zamanı səsləndirilən digər məsələlərin də həlli istiqmətində fəaliyyət göstərəcəyik, müvafiq icra hakimiyyəti orqanlarına müraciətlərimiz olacaq" - deputat bildirib.