Bu xəstəxanaya yeni direktor təyin olundu

Cəmiyyət
18:51 / 26.02.2024
4921
Bakı Sağlamlıq Mərkəzinin Cərahiyyə şöbəsinin müdiri Kamil Hacıyev Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olunub.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına 2023-cü il noyabr ayının 23-də direktor təyin etdilən Pərviz Məhsimovla bağlanan müqaviləyə fevral ayınin 23-də xitam verilib.