Azərbaycanda erkən nikahın qarşısı alındı - FOTO

Azərbaycanda erkən nikahın qarşısı alındı - FOTO

Azərbaycanda daha bir erkən nikahın qarşısı alınıb.

 

Sfera.az bildirir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib. O qeyd edib ki, Abşeron rayonunda 15 yaşlı qız 32 yaşlı əmisi oğlu ilə nişanlanıb.

 

“Azyaşlının tez bir zamanda evləndirilmə cinayətinin qarşısının alınması istiqamətində işə start verildi. Ana 5 uşağı təhsildən yayındırıb. 15 yaşlı qızı 32 yaşlı öz əmisi oğluna nişanlayıb. “İsti” münasibətlər üçün bütün lazımi şəraiti yaradıb. Qız oxumaq istəyir. Ana isə mənə məlumatın hardan çatdığını araşdırır”, - K.Ağazadə qeyd edib.

 

O, fikirlərini bu cür tamamlayıb: “Abşeron Rayon İcra Hakimiyyəti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi - əminik ki, azyaşlıya qarşı seksual hərəkətlərin olunması ilə bağlı ciddi araşdırma aparılacaq”.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi Teymur Mərdanoğlu hadisə ilə bağlı deyib ki, erkən nikah səbəbkarları - valideynlər Sabunçu Rayon İcra Hakimiyyətinə dəvət olunub və onlarla profilaktik söhbət aparılıb, izahatları alınıb:

 

“Azyaşlı və valideynlərinə eyni zamanda qarşı tərəf və onun valideyinlərinə qanunvericiliyin tələbləri izah olunaraq onlara xəbərdarlıq olunub. Onlar əməllərindən peşman olduqlarını bildirərək, qanunvericiliyin tələblərinə əməl edəcəklərini bildiriblər. Azyaşlı və onun ailəsi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Rayon İcra Hakimiyyətinin həmçinin, rayon polis şöbəsinin nəzarətində saxlanılmaqla, yiyələndiyi peşə təhsilini davam etdirəcək”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

"Qarabağ"ın yeni transferi

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.   Sfera.az xəbər verir ki, Portuqaliyanın “Mafra” klubu ilə ap...

Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər ha...

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...