Azərbaycanda bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycanda bu şəxslər 2000 manat CƏRİMƏLƏNƏCƏK

Son illərdə sosial şəbəkələr həyatımızın vacib və ayrılmaz elementinə çevrilib. Odur ki, müzakirə mövzusu olan önəmli məsələlərdən biri də sosial mediada şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtanın yaratdığı məsuliyyətlə bağlıdır.

 

Bəs sosial şəbəkələr üzərindən insanları təhqir etməyin hüquqi cəzası varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, şəxsiyyətin təhqir olunması, alçadılması və onun barəsində düzgün olmayan ifadələrin işlədilməsi qətiyyən yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə görə, şəxsi sosial şəbəkə üzərindən təhqir edən, onlar barəsində alçaldıcı məlumatlar dərc edən insanlar 1000 manatdan 1500 manata qədər cərimə olunur və 6 aya qədər azadlıqdan məhrum edilirlər. Bəzi hallarda bir sıra insanlar fake profillər açaraq başqa şəxsləri təhqir edirlər. Bu şəxslərə isə 100 manatdan 2000 manata qədər cərimə və 1 ilə qədər azadlıqdan məhrum etmə cəzası verilir”.

 

Hüquqşünas bildirib ki, şəxsiyyəti alçaldılan şəxslər bununla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna və məhkəməyə müraciət edərək faktın araşdırılmasını və həmin şəxsin cəzalandırılmasını tələb edə bilər.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda seysmik risklər: Bakı və bölgələr üçün yenilənən xəritələr nə deyir?

Hər il Azərbaycanda əhalinin çox zaman hiss etmədiyi, lakin rəsmi qurumlar tərəfindən qeydə alınan onlarla kiçik yeraltı təkan baş verir. Bu zəlzələlər əksər ha...

“YouTube”un populyar bölməsi tarixə qovuşur

“YouTube”dakı "Trending" (Trenddə olan) bölməsinin yaxın zamanda bağlanacağı elan edilib.   Sfera.az xəbər verir ki, "Tren...

Tanınmış vəkil vəfat etdi - FOTO

Özbəkistanda yaşayan soydaşımız, bu ölkənin Sırdərya vilayətindəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini, vəkil, şair Əli Nəsirli 11 iyul 2025-ci ildə ...

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...