Şəhid əsgərimizin son statusu - FOTOLAR
Kateqoriya məlum deyil
Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində şəhid olan əsgər İmran Mirzəyevin Türkiyənin Bursa şəhərində yaşadığı məlum olub. Şəhid olmuş əsgər 54 gün sonra tərxis olacaqdı. Bursanın Kumkadı məhəlləsində yaşadığı öyrənilən Mirzəyev bu barədə öz şəxsi "Facebook" səhifəsində də yazıb.
Bursada yaşayan və məktəbi orada oxuyan Mirzəyevin şəhid olduğu xəbəri Bursadakı sinif yoldaşlarını göz yaşlarına boğub. Əsgər İmran Mirzəyev Yevlax şəhərində dəfn edilib.
Xatırladaq ki, fevralın 3-də saat 17.50 radələrində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatı nəticəsində hərbi qulluqçumuz əsgər Mirzəyev İmran Xudaverdi oğlu şəhid olub. Silahlı Qüvvələrimizin həmin istiqamətdə yerləşən bölmələrinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində təxribat qrupunun 3 nəfər üzvü məhv edilib. /file/articles//file/articles/baku.ws







