Hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTOLAR + YENİLƏNDİ

Hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət etdi - FOTOLAR + YENİLƏNDİ
Kateqoriya məlum deyil
T

Azərbaycan xalqı Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar soyqırımı qurbanlarının xatirəsini anmaq üçün Bakıda ucaldılmış “Ana harayı” abidəsini ziyarət edir.

 

Sfera.az xəbər verir ki, ziyalılar, ictimaiyyət nümayəndələri, habelə sıravi vətəndaşlar abidənin önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

 

***

09:41

 

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar fevralın 26-da Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Xocalı soyqırımı abidəsini ziyarət ediblər.

 

Sfera.az xəbər verir ki, dövlət və hökumət rəsmiləri soyqırımı abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.

 

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan edib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib, 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

 

Anar Bayramlı

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Gallery image 23
Gallery image 24
Gallery image 25
Gallery image 26
Gallery image 27
Gallery image 28
Gallery image 29
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
Thumbnail 23
Thumbnail 24
Thumbnail 25
Thumbnail 26
Thumbnail 27
Thumbnail 28
Thumbnail 29
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR