DİN Bakıda körpəsini soyuqda donduran qadınla bağlı TƏDBİR GÖRDÜ

DİN Bakıda körpəsini soyuqda donduran qadınla bağlı TƏDBİR GÖRDÜ
Kateqoriya məlum deyil
T

Daxili İşlər Nazirliyi (DİN) Nəsimi rayonu, Rəsul Rza küçəsində körpəsini soyuqda donduraraq, dilənən qadın barədə açıqlama verib.

 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir:

 

“Polis əməkdaşları tərəfindən aşkarlanmış, dilənçiliyi həyat tərzinə çevirərək soyuq hava şəraitində azyaşlını yanında saxlamaqla onun sağlamlığını təhlükəyə atan şəxslə bağlı da qanunamüvafiq tədbirlər görülüb”.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR