Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu

Mirşahin Ağayev Türkiyədə əməliyyat olundu

ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub 

Jurnalistin yaxınlarından əldə etdiyimiz məlumata görə, hazırda onun vəziyyəti normaldır: "Bakıya nə vaxt qayıdacağı məlum deyil. Hər şey vəziyyətinin düzəlməsindən asılıdır Mirşahinin səhhətində çoxdan problem var idi. Həkimlər yayda əməliyyat olunmağı tövsiyə etmişdilər. Lakin ANS-in bağlanması planları pozdu. Ona görə də əməliyyat gecikdi. Vəziyyəti ciddi olduğu üçün Türkiyəyə getməli olub”.

Jurnalistin özü ilə də əlaqə saxlamağa çalışdıq. O isə danışmaq istəmədiyini bildirərək, Mais Məmmədovla əlaqə saxlamağımızı tövsiyə etdi. 

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Mirşahin şənbə günü əməliyyat olunub: "Bəzi saytlar yalan yazırlar. Yaxşı ki, Mirşahinin Amerikaya, Trampın yanına qaçdığını yazmayıblar... Bunu da yaza bilərdilər. Mən bu yalan informasiyaların səbəbini bilmirəm. Biz açıqlama vermişik ki, yayılan informasiyalar şayiədir”.

M. Məmmədov onu da bildirdi ki, Mirşahin Ağayev mədəsindəki problemlə bağlı əməliyyat keçirib və hər hansı onkoloji xəstəliyi yoxdur: "Şükür Allaha, əməliyyat yaxşı keçib, uğurlu əməliyyat olub. İndi yavaş-yavaş özünə gəlir. Həkimlər nə vaxt icazə versə, ölkəyə qayıdacaq. Yəqin ki, 4-5 gün çəkər”. 

Mais Məmmədov ANS-in yenidən fəaliyyətə başlayacağı ilə bağlı xəbərlərə də münasibət bildirdi: "Mən bilmirəm və dəqiq heç nə deyə bilmərəm. Hələ ki, mən bu şad xəbəri eşitməmişəm. Biz də çalışırıq, Allaha yalvarırıq, prezidentimizdən xahiş edirik ki, ANS yenidən fəaliyyətə başlasın. Baxaq, görək necə olacaq. İnanırıq ki, Allah üzümüzə baxacaq və bu şad xəbəri eşidəcəyik”.



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...