Logo

Mirşahin xəstəxanada bu günə düşdü: "Heç ANS bağlananda belə olmamışdı" - VİDEO

Mirşahin xəstəxanada bu günə düşdü: "Heç ANS bağlananda belə olmamışdı" - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Xəbər verdiyimiz kimi, ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub.

BiG.AZ xəbər verir ki, Mirşahinin əməliyyat üçün ölkəni tərk etməsi medianı silkələmiş, bunu ANS-in bağlanması ilə əlaqələndirmişdilər.

Bununla bağlı ANS Şirkətlər Qrupu MMC-nin Prezidenti Vahid Mustafayev açıqlama verib. O, Mirşahinin xəstəxanadan videosunu paylaşaraq bunları yazıb:

"Bu gün Azərbaycan Mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və Silahdaşım Mir Şahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mir Şahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdı. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbiylə Türkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir. 
Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram".

 
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR