Azərbaycanda ən yüksək ölüm göstəricisi olan RAYONLAR – MÜQAYİSƏ

Azərbaycanda ən yüksək ölüm göstəricisi olan RAYONLAR – MÜQAYİSƏ

Azərbaycanda ötən il ölüm səviyyəsi 5,9 olub. Yəni ötən il hər min nəfərdən 5,9 nəfəri dünyasını dəyişib. 


Sfera.az xəbər verir ki, ölkəmizin bəzi yaşayış məntəqələrində ölüm səviyyəsi respublika üzrə orta göstəricidən aşağı olsa da bəzilərində ölüm səviyyəsi xeyli yüksək olub. 


Maraqlı fakt ondan ibarətdir ki, ölkəmizdə ölüm səviyyəsi yüksək olan rayonlar əsasən dağlıq bölgələrdə yerləşən rayonlardır. 


Ölkəmizdə ən yüksək ölüm göstəricisi Gədəbəy və Ağstafa rayonlarında qeydə alınıb. Gədəbəydə hər min nəfərin 7,9-u, Ağstafada 7,8-i dünyasını dəyişib. 


Daşkəsən və Qazax rayonlarında da ölüm göstəricisi yüksək olub. Hər iki rayonda ölüm sayı 1000 nəfərə 7,5-dir. Bu göstərici Goranboyda 7,4 nəfər, Göygöl, Samux, Tovuz rayonlarında 7,1 nəfər, İsmayıllı rayonunda 7 nəfər təşkil edib. 


Bakıda ölüm göstəricisi hər 1000 nəfərə 6,1 olub. Paytaxtın Yasamal və Suraxanı rayonlarında ölüm sayı digərlərindən kəskin fərqlənib. Xüsusən Yasamal rayonunda ölüm səviyyəsi çox yüksək olub. Bu rayonda qeydiyyatda olan hər 1000 nəfərin 8,7 nəfəri ötən il dünyasını dəyişib. Suraxanı da isə ölüm sayı 7,3 olub. 


Azərbaycanın bəzi yaşayış məntəqələri var ki, orada ölüm göstəricisi çox aşağıdır. Bu baxımdan fərqlənən yaşayış məntəqəsi Abşeron rayonudur. Ötən il Abşeronda hər 1000 nəfərin cəmi 2,8 nəfəri dünyasını dəyişib. 


Ölüm göstəricisi aşağı olan digər yaşayış məntəqələri arasında Yardımlı rayonunun (4,1 nəfər), Culfa rayonunun (4,2 nəfər), Şərur (4,3 nəfər) və Babək rayonlarının (4,4 nəfər) adını çəkmək olar. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...