DYP qaz avadanlığının avtomobilə quraşdırılmasına niyə icazə vermir? - RƏSMİ CAVAB - VİDEO

DYP qaz avadanlığının avtomobilə quraşdırılmasına niyə icazə vermir? - RƏSMİ CAVAB - VİDEO

Avtomobilinə qaz avadanlığı quraşdıran sürücülər çətinliklə üzləşirlər.

 

Sfera.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, benzinə qənaət etmək istəyən sürücülər avtomobilə qaz avadanlıqları quraşdırırdı. Əvvələr buna maraq daha çox idi. İndi də maraq olsa da, son vaxtlarda sürücülər bəzi problemlərlə üzləşdiklərini deyir.

 

Bildirilir ki, qaz avadanlığı quraşdıran servislərə müraciət etdikdə imtina cavabı alırlar. Səbəb kimi də rəsmiləşdirmə zamanı üzləşilən çətinlik əsas göstərilir. 

 

Qeyd edək ki, avtomobilin yük yerinə qaz balonu yerləşdirilir. Mühərrikə bir neçə detal əlavə edilir və bununla da avtomobil həm CNG və ya LPG qazla, həm də benzinlə işləyə bilir. Bu işlə məşğul olan şəxslər də bildirirlər ki, qaz avadanlıqları injektorlarla işləyən bütün avtomobillərə quraşdırıla bilər.

 

Ustalar bildirir ki, bunun heç bir təhlükəsi də yoxdur.

 

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qaz avadanlığının avtomobilə quraşdırılmasına icazə yoxdur.

 

Bəs qanun nə deyir?

 

Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov bildirir ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, mühərrikin yanacaq növünün dəyişdirilməsi və əlavə avadanlıqların quraşdırılması mümkündür. Amma bu iş ixtisaslaşmış müəssisələrdə həyata keçirilməli və sürücüyə qaz avadanlığı quraşdıran şirkət sertifikat verməlidir.

 

Ekspert onu da əlavə etdi ki, bu təcrübə dünyanın istənilən ölkəsində də var. Hətta qonşu Türkiyə, İran və Rusiyada daha geniş yayılıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 


OXŞAR XƏBƏRLƏR

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...