Dağlıq ərazilərdə qarın fəsadları aradan qalxmayıb - DİN-dən XƏBƏRDARLIQ

Dağlıq ərazilərdə qarın fəsadları aradan qalxmayıb - DİN-dən XƏBƏRDARLIQ

Sinoptiklərin məlumatına görə ölkənin dağlıq və dağətəyi rayonlarında qarlı və şaxtalı hava şəraitinin fevralın 21-dək davam edəcəyi gözlənilir. Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də yol örtüyünün buz bağlaması avtomobillərin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da artırır.

 

DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, belə yol şəraiti mövsümə uyğun təchiz edilməmiş, xüsusilə şinləri tələblərə cavab verməyən avtomobillərin sürücüləri üçün daha təhlükədir. “Unutmaq olmaz ki, avtomobil sürüşməyə başladıqda adətən sürücülərdə çaşqınlıq hissi yaranır ki, bu da idarəetmənin, ətraf mühitə reaksiyanın itirilməsinə və nəticədə toqquşma, aşma, və ya maneəyə vurma kimi qəzaların baş verməsinə zəmin yaradır.

 

Dəyərli sürücülər! İnanırıq ki, yol və hava şəraiti, sürət həddi, avtomobillərin qışa hazırlıq səviyyəsi, eləcə də sizin təhlükəsizliyiniz üçün verilmiş digər tövsiyələrə əməl etməklə qış fəslinin gətirdiyi çətinliklərin öhdəsindən gələcək, doğmalarınıza nigaranlıq hissi yaşatmayacaqsınız”, - nazirlikdən bildirilib.


OXŞAR XƏBƏRLƏR

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...

Fuad Nağıyev bəzi idarələrə rəis təyin etdi

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsi tərəfindən işçinin əmək hüquqlarının pozulması faktı ilə bağlı Şirvan şəhər prokurorluğunda araşdırma ...

"Unibank" "Yaşıl İnvestisiya Prinsipləri"nə qoşuldu

"Unibank" dayanıqlı maliyyənin təşviqi və məsuliyyətli bankçılıq prinsiplərinin tətbiqi sahəsində növbəti addımını ataraq, Yaşıl İnvestisiya Prin...

Trampın impiçment səsverməsi təxirə salındı

Demokrat Şri Tanedar həmkarlarının təzyiqi səbəbindən Konqresdə Trampın impiçmenti üçün səsverməni təxirə salıb.   Sfera.az bu barədə “Politico...

Putin İstanbula niyə gəlmədi? - Səbəblər maraqlıdır

Rusiya Prezidenti Vladimir Putin barəsində yayılan yeni iddialar beynəlxalq medianın gündəminə çevrilib. İngiltərənin “The Mirror” nəşri rus liderin...

92 ölkədən 300-dən çox nümayəndə BAKIYA GƏLİR

Mayın 19-23-də Bakı BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - “GlobE Network” çərçivəsin...