Azərbaycanda nikahlar azalıb, boşanmalar artıb – Ötən ilin demoqrafik vəziyyəti

Cəmiyyət
16:33 / 14.02.2024
4944
Azərbaycanda 2023-cü ildə nikahların sayında azalma, boşanmaların sayında isə artım qeydə alınıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il ərzində 54 200 nikah faktı qeydə alınıb. Bu say əvvəlki ilin göstəricisindən (61 939) 7739 vahid azdır. Başqa sözlə, ötən il nikahların sayında 13,1 faiz azalma baş verib.
2023-cü ildə boşanmaların sayında artım müşahidə olunub. 2022-ci ildə 15 983 boşanma olduğu halda ötən il 21 688 boşanma qeydə alınıb. Bir ildə boşanma sayında 5705 vahid, yəni 31,3 faiz artım baş verib.
Müqayisə göstərir ki, Azərbaycanda bağlanan nikahların 40 faizi qısa müddət sonra pozulur.
Vasif