Məşhurların səsi və görünüşü ilə DƏLƏDUZLUQ: "Böyük miqdarda pullarını alırlar..." 

Məşhurların səsi və görünüşü ilə DƏLƏDUZLUQ:

Son zamanlar sosial şəbəkələrdə birja yatırımı ilə bağlı paylaşımlar edilir. İnsanlara təklif edirlər ki, birjaya müəyyən qədər pul qoyun və qoyduğunuz məbləğin 2-3 qat çoxunu götürün.

 

Bəs həqiqətən birjaya yatırım etməklə, çox pul qazanmaq olur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, belə paylaşımların böyük əksəriyyəti fake olur.

 

“İnsanları aldatmaq üçün istifadə olunan üsullardan biridir. Bu barədə vətəndaşları bilgiləndirmək lazımdır. Bu üsulla insanların əlindən böyük miqdarda pullarını alırlar. Hətta tanınmış adamların səsindən və simasından da istifadə olunur. Bu elanlara və paylaşımlara inanmaq lazım deyil. Əgər bu vədlər düz olsaydı, hamı milyarder olardı”.

 

Ekspert diqqətə çatdırıb ki, birja həm də pul itirmək vasitələrindən biridir.

 

“Birjada səhm alışverişi etmək istəyən vətəndaşlar araşdırma edərək, bu işi görən şirkətlərlə əlaqə qurmalıdırlar. Bu zaman lisenziyası olan forex şirkətlərinə üstünlük verilməlidir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...