Bakıda 4 yaşlı uşaq küçəyə atılıb - FOTO

Bakıda 4 yaşlı uşaq küçəyə atılıb - FOTO

Bakıda 4 yaşlı uşaq anası tərəfindən küçəyə atılıb. Yasamal RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən gecə saatlarında küçədən tapılan azyaşlı “Azərbaycan Uşaqlar Birliyi” Uşaq Sığınacağına yerləşdirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib.

 

Onun sözlərinə görə, hazırda aidiyyəti dövlət qurumları tərəfindən uşaqla bağlı araşdırma aparılır: “Azyaşlının vəziyyəti normaldır. Qorxu keçirdiyi hiss olunur. Tapılarkən əlində açar var idi. Onun xoşagəlməz həyat tərzi keçirən valideynlə yaşadığı ehtimal olunur.

 

Uşağın anası tapılıb, lakin o, dövlət qurumlarının nəzarətindədir. Ananın vəziyyəti, ev şəraiti və sair qiymətləndiriləcək. Ondan sonra baxılacaq ki, anaya uşaq vermək olar, yoxsa yox. Hətta ola bilər ki, qısa müddətə valideynlik hüququndan məhrum edilsin”.

 

K. Ağazadə, həmçinin bildirib ki, uşağın qidalanma və yuxu ilə bağlı vəziyyəti orta qiymətləndirilir. Psixi sağlamlığı yerindədir.


OXŞAR XƏBƏRLƏR

Hindistan Pakistana hücum etdi

Hindistan Pakistana hücum edib.   Sfera.az xəbər verir ki, Bahvalpur, Kotli və Müzəffərabad şəhərlərinə raket zərbələri endirilib.   Bir s...

Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR

Bakı şəhərinin mənzil bazarında son 3 ildə qiymətlərin 2 dəfə, hətta daha çox artdığı deyilir. Bildirilir ki, 2022-ci ilin mart-aprel ayında paytaxtın mərkəzi r...

Bu ərazilərdə bir neçə saat işıq olmayacaq

Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 10 kV-luq hava xəttinin yeni Özünüdaşıyan İzolyasiyalı Naqillə (ÖİN) əvəz olunmasına görə m...

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...