Azərbaycanda hansı qurumlar süni intellektdən istifadə edir? - SİYAHI

Azərbaycanda hansı qurumlar süni intellektdən istifadə edir? - SİYAHI

Süni intellekt dünyada sürətlə inkişaf edir. Bu sahədə ölkəmizdə də müəyyən addımlar atılır.

 

Bəs hansı dövlət və özəl qurumlarımız süni intellektdən istifadə edir?

 

Sfera.az Azərbaycan İnternet Formunu prezidenti Osman Gündüzün Azərbaycanda dövlət və biznes sektorunda süni intellektdən istifadə ilə bağlı araşdırmasını təqdim edir:

 

"Hələlik süni intellekt sahəsinə real investisiya yatıran, real iş görməyə başlayan dövlət qurumu Dövlət İmtahan Mərkəzidir. DİM bununla bağlı tender elan edib. Tenderin qalibi də məlumdur, müqavilələr imzalanıb. Bu, yerli "Robotronics" şirkətidir. Qurum bu işdə ETN İdarəetmə Problemləri İnstitutu (keçmiş Kibernetika) ilə əməkdaşlıq edir.DİM vətəndaş müraciətlərini süni intellekt texnologiyası əsasında cavablandıran sistem – robot operator hazırlayır. Ən yaxın zamanda test rejimində işə başlaması gözlənilir.

 

Süni intellektin tətbiqi sahəsində ciddi açıqlamalar verən dövlət qurumlarından biri də ASAN-dır. Qurum rəhbərliyi bir neçə dəfə həm xarici partnyorlarla, həm də yerli süni intellekt həlləri hazırlayan komanda ilə işbirliyi quraraq 108 Çağrı Mərkəzində süni intellekt həllərinin tətbiqinə start verildiyini açıqlayıb. Mahiyyəti ondan ibarətdir ki, vətəndaşların yazılı olaraq deyil, şifahi formada, səslə müraciətləri süni intellekt texnologiyası əsasında cavablandırılacaq. Yəni burada da söhbət robot operatorun – ASAN Bot-un yaradılmasından gedir. Bildiyim qədər, ASAN da yuxarıda adı çəkilən şirkətlə əməkdaşlıq etməyi nəzərdə tutub, lakin rəsmi açıqlama olmayıb. Hələlik adı çəkilən sistem ortada yoxdur, hansısa müqavilələrin bağlanması haqqında da məlumatlar yoxdur.

 

İRİA-nın yeni rəhbərliyi 2022-ci ilin sonunda məhkəmə sistemində süni intellekt tətbiqinə başlayacaqlarını açıqlamışdı. Lakin sonradan bu söhbət yığışdırıldı. Bildiyim qədər hazırda Ali Məhkəmə süni intellekt platformasında çalışan sistemi testdən keçirir. Bununla bağlı açıqlama da verilmişdi. Sistemin mahiyyəti ondan ibarədir ki, vətəndaşlar məhkəməyə müraciət etməzdən əvvəl oxşar məhkəmə işləri ilə bağlı formalaşmış məhkəmə təcrübəsinin təhlili, mübahisəyə dair məhkəmələrin hüquqi mövqeyinin öyrənilməsi və həmin mübahisənin məhkəmə perspektivi haqqında anında məlumat əldə edəcək

 

Azercell (Aicell) və ABB də vətəndaş müraciətlərini cavablandırmaq üçün süni intellekt həllərinin hazırlandığını rəsmi olaraq açıqlayıblar.

 

A2Z şirkəti tərəfindən də bəzi qurumların fəaliyyətinin effektiv qurulması üçün müəyyən süni intellekt həllərinin hazırlanması haqqında məlumatlar verilib.

 

Azərkosmos və SOCAR, DGK və AzİnTelecom (SİMA) da süni intellekt həllərindən istifadə etdiklərini açıqlayıblar. RİNN və Mərkəzi Bank da süni intellekt sahəsində hansısa birgə layihələr icra etdiklərini, data və süni intellekt ekosistemin inkişafında dəstək verəcəklərini açıqlayıblar. Lakin real olaraq bu istiqamətdə hələlik ciddi işlər ortada görünmür.

 

ADA, AzTU, BANM və ADNSU, ETN –in İdarətmə Problemləri və İnformasiya Texnologiyaları İnstitutları da süni intellekt və data sektorunda tədqiqatlar və kadr hazırlığı istiqamətində müəyyən layihələr icra etdiklərini açıqlayıblar.

 

Xatırladım ki, Azərbaycanda süni intellekt texnologiyasının inkişaf etdirilməsi ilə dövlət sektorunda iki qurum, İqtisadiyyat Nazirliyi yanında 4SİM qurumu, RİNN yanında Azərbaycan Süni İntellekt Laboratoriyası fəaliyyət göstərir". 

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəh...

Uşaqlar arasında yayılan yeni infeksiyanın ƏLAMƏTLƏRİ

Son vaxtlarda uşaqlarda səpkili infeksiya müşahidə olunur.   Həkimlərin sözlərinə görə, xüsusilə payız aylarında ortaya çıxan bu virusa qızılca, məxm...

Belarus ordusunun Baş Qərargah rəisi Azərbaycana gəldi

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayo...

Azərbaycan və İtaliya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edildi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İtal...

Qarabağ Universitetinin yeni fakültələri hansılardır? - VİDEO

Qarabağ Universitetinin nəzdində tibb fakültəsi açılacaq. Bu fakultə yeni açılacaq xəstəxana ilə birgə fəaliyyət göstərəcək..   Sfera.az bildirir ki,...

Ərdoğan Zelenskilə görüşdü- FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki “Türk Evi”ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.   Sfera.az...