Həcc ziyarətinin qiyməti nəyə görə yüksəkdir? – Deputatdan AÇIQLAMA

Həcc ziyarətinin qiyməti nəyə görə yüksəkdir? – Deputatdan AÇIQLAMA

Hər il ölkəmizdə Həcc ziyarətinin qiyməti açıqlanan zaman, məbləğin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət bu qiymətin baha olmasından şikayətlənir.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

 

“Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir. Sosial mediada gedən müzakirələrə gəldikdə isə, hər kəs bilməlidir ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq Həcc ibadətini yerinə yetirməlidir. Bu, islamın vacib şərtlərindən biridir”.

 

Deputat qeyd edib ki, Həccə verilən pulun sədəqə kimi istifadə olunması isə məqsədəuyğundur və bunun savabı daha böyükdür.

 

"Cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var. Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də, eyni münasibəti başqalarına qarşı da göstərməliyik”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR