Logo

Avpopa İttifaqı Rusiyaya vaxt verdi

Avpopa İttifaqı Rusiyaya vaxt verdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avropa İttifaqı Ukrayna münaqişəsinə görə Rusiyaya yönəlik iqtisadi sanksiyaların vaxtını uzadıb. Sanksiya altı ay müddətinə - 31 iyul 2016-cı ilədək uzadılıb. 28 ölkənin təmsil olunduğu Avropa İttifaqı Moskva-Kiev sülh sazişinin necə yerinə yrtirilməsini müşahidə etmək niyyətindədir

Sfera.az xəbər verir ki, bu il əldə edilmiş atəşkəs razılaşmasına baxmayaraq,  Ukrayna Ukrayna-Rusiya sərhədlərinə nəzarəti bərpa edə bilmədiyini bəyan edir. 2014-cü ilin martında Rusiya parlamenti  Krımın Rusiyaya ilhaq edilməsinə səs verdi. Bu Ukrayna prezidenti Viktor Yanukovicin Rusiyaya qaçmasından bir neçə həftə sonra baş verdi. Rusiyayönümlü seperatçı qüvvələr Ukraynanın şərqində bir neçə rayonu ələ keşirmək üçün hərbi kompaniyaya başladı.

Avropa Birliyi və ABŞ Ukraynada yaranmış münaqişədə əlaqəli bilinən RF prezidenti Vladimir Putinin ətrafında olan bir sıra məmurlara qarşı sanksiyalar tətbiq etdi. Xatırladaq ki, Avropa İttifaqının tətbiq etdiyi bu məhdudiyyət 2016-cı ilin yanvarında başa çatırdı.

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR