Nəyə görə ortayaşlı insanları işə götürmürlər? – \"Yaş limitinin qoyulmasının əsas səbəbi...\"

Nəyə görə ortayaşlı insanları işə götürmürlər? – \

İş axtaran insanlar, ilk olaraq iş elanlarına müraciət edirlər. Elanların çoxunda isə yaş limiti qoyulur. Gənclər deyirlər ki, təcrübəsiz olduğuma görə, məni işə götürmürlər. Təcrübəli insanlar isə yaş kateqoriyasına görə iş tapa bilmirlər.

 

Yaşı 35-i ötən insanları niyə işə götürmək istəmirlər?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan İnsan Resursları üzrə mütəxəssis Sevda Quliyeva bildirib ki, qanunvericiliyə görə minimum əmək yaşı 15 olsa da, işəgötürənlər minimum yaş həddini 22 qeyd edirlər.

 

“Tələbələr də təhsil aldıqları dövrlərdə müəyyən iş yerlərində təcrübə keçə bilirlər. Lakin bir çox iş elanlarında yaş həddinin maksimum 35 olması ortayaşlıların iş tapmasını çətinləşdirir. İş yerləri təcrübə ilə yanaşı, vizuallığa da önəm verir. İşəgötürənlərin bəziləri gənc kadrları işə cəlb etməklə, öz kadr siyasətlərini daha yaxşı qurmağa çalışırlar. Orta yaş kateqoriyasında olan insanlar yeni texnologiyaları öyrənməyə meyilli olmadıqları üçün onlara üstünlük verilmir”.

 

Mütəxəssis qeyd edib ki, əmək bazarının tələblərinə uğun olan və yeni nəsilə xidmət edən sahələrdə, əsasən, gənc kadrlara üstünlük verilir.

 

“Yaş limitinin qoyulmasının əsas səbəblərindən biri də, gənclərin təcrübə toplamaq məqsədilə orta aylıq əməkhaqqı ilə razılaşmalarıdır. Orta yaşlı namizədlərin maaş tələbi yüksək olur. Sayı az olsa da, yaşı 35-i keçən şəxslər üçün də vakansiyalar mövcuddur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR