“Qadınların görünüşlərinin ələ salınması psixoloji şiddətdir” - AÇIQLAMA 

“Qadınların görünüşlərinin ələ salınması psixoloji şiddətdir” - AÇIQLAMA 

Cəmiyyətdə məruz qaldığımız şiddət növlərindən biri də psixoloji şiddətdir. Psixoloji şiddətə biz, əsasən, ailədə məruz qalırıq.

 

Bəs psixoloji şiddətin qarşısını necə almaq olar?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Pərvanə Baxışova bildirib ki, insanların bacarıqlarının görməzdən gəlinməsi, psixoloji şiddətin başlıca əlamətlərindən biridir.

 

"Əsasən, valideynlər övladlarını digər uşaqlarla müqayisə edərək, onların psixologiyasına mənfi təsir göstərir. Cütlüklərin qısqanclıq adı altında daima bir-birilərini kontrol etməsi də psixoloji şiddət hesab edilir. İnsanları təkliyə sürükləmək üçün qohumlarından tanışlarından və dostlarından ayırmaq da bu şiddətin təzahür formalarından biridir. Bir insanı daima nəyəsə görə günahlandırmaq da, insanlara mənfi təsir edən psixoloji amillərdən biridir".

 

Psixoloq qeyd edib ki, qadınların xarici görünüşlərinin ələ salınması da geniş yayılmış psixoloji şiddət növlərindən biridir.

 

“Bu şiddətin ən ağır növlərindən biridir. Bu cür təzyiqə məruz qalan qadınlarda özgüvənsizlik və dəyərsizlik hissi formalaşır. Tək çıxış yolu, bu tərzdə psixoloji şiddətə məruz qalan insanların etiraz etmələridir. Onlar icazə verməməlidirlər ki, bu cür təhqirlərə və tənqidlərə məruz qalsınlar”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...