Hava şəraiti ilə bağlı Rəsmi AÇIQLAMA - Fevralın 6-sı...

Hava şəraiti ilə bağlı Rəsmi AÇIQLAMA - Fevralın 6-sı...
Kateqoriya məlum deyil
T

Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib.

 

Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb.

 

Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub.

 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR