DYP Bakıda reyd keçirdi

DYP Bakıda reyd keçirdi
 
Bakı şəhəri, Səbail rayonu ərazisində bu mövsümdə qadağan edilmiş pərdə və jalüzlərdən istifadəyə görə, reyd keçirilib.
"Report"un məlumatına görə, Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin (RDYPŞ) əməkdaşlarının keçirdiyi reyd zamanı 3 avtomobilin pərdə və jalüzlərdən istifadə etdiyi aşkarlanıb. Sürücülər isə qadağadan xəbərsiz olduqlarını bildirib.
Reyd zamanı rayondan Bakıya üz tutan "Ford" markalı avtomobilin sürücüsü plyonkanın sökülməsini unutduğunu qeyd edib. Buna baxmayaraq o, cərimə edilib. Səbail RDYPŞ-nin rəisi Cəmşid Hənifəyev "Report"a bildirib ki, bu cür reydlər davam etdiriləcək.
Qeyd edək ki, Bakı şəhəri ərazisində avtomaşınların arxa yan şüşələrinə quraşdırılan sənaye üsulu ilə hazırlanmış jalüz, plyonka və pərdələrdən istifadə etdiyinə görə, 3 gün ərzində 174 sürücü cərimələnib. 27 sürücü isə jalüz, plyonka və pərdələri unutduğunu bildirərək cərimənin ləğv edilməsi üçün müraciət edib.


OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...