Logo

Sumqayıtda qanunsuz dini ədəbiyyata qarşı əməliyyat

Sumqayıtda qanunsuz dini ədəbiyyata qarşı əməliyyat
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyi Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının noyabrın 18-də Sumqayıt şəhəri ərazisində keçirdikləri birgə tədbirlər nəticəsində şəhər sakinlərinə məxsus olan 9 mağazadan satışına razılıq verilməmiş və markalanmamış dini təyinatlı ümumilikdə 328 ədəd ədəbiyyat və 315 ədəd DVD aşkar edilərək götürülüb.

Həmin mağazaların lisenziyası olmadan fəaliyyət göstərmələri də müəyyən edilib. Faktlarla əlaqədar İnzibati Xətalar Məcəlləsinin 516-cı maddəsi ilə protokollar tərtib olunub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR