"Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda tərbiyə olunur" - Deputat 

Azərbaycanda 2 fevral - Gənclər Günü kimi qeyd olunur. Gənclər cəmiyyətimizin ən aparıcı qüvvələrindəndir.

 

Mövzu ilə əlaqədar Sfera.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi dövlət siyasətimizin prioritetləri sırasında ilk yerdədir.

 

“Ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfinən qoyulub. Dövlət başçımız gənclər siyasətini çox uğurla davam etdirib. Xüsusi dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda tərbiyə olunur. Məhz 44 günlük Vətən müharibəsində qazandığımız qələbəni, Ali Baş Komandanın çağırışı ilə silaha sarılaraq öz sinəsini düşmən gülləsinə siper edən gəncliyimiz sahəsində qazandıq. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəkliyini müharibə zamanı bütün dünya görüb. Bu gün də gənclərimizin elmi biliklərə yiyələnməsi, yüksək ixtisaslı mütəxəsislər kimi yetişməsi və vətənpərvərlik ruhunun yüksəldilməsi dövlət siyasətimizin əsasını təşkil edir”.

 

Deputat qeyd edib ki, ölkəmizin gələcəyi sağlam ruhda tərbiyə olunmuş gəncliyin əlindədir.

 

“Hər il 2 fevralı Gənclər Günü kimi qeyd olunur. Belə bir günün təsis olunması da gənclərə göstərilən qayğının göstəricisidir. Dövlət başçımız fəal gəncləri qəbul edir, onları düşündürən məsələlərlə maraqlanır və dövlət proqramlarına gənclərimizi düşündürən məsələlər də daxil edilir. Əminliklə deyə bilərik ki, bu gün yetişmiş, dövləti və vətənini sevən gənclərimiz müstəqil Azərbaycan Respublikasının gələcəyinin təminatçılarıdır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR