Deputatdan HƏYƏCAN TƏBİLİ: “Uşaqları bundan xilas etməliyik”

Deputatdan HƏYƏCAN TƏBİLİ: “Uşaqları bundan xilas etməliyik”

“Uşaqlar çöl yeməklərindən asılı olublar”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı  “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı  deyib.

 

“Layihədə yazılanlara görə, bazara, satışa çıxarılan qida məhsulları bazarı idarə edən şəxslər tərəfindən bəyənilməsə, qəbul olunmur. Beləliklə, monopoliya artacaq, zərər isə istehsalçı kəndlilərə dəyəcək.  Dünyada ən böyük qorxu narkotiklərlə bağlıdır, amma iri ticarət şirkətlərinin “Fanta”, “Coca-cola” kimi məhsulları da vərdiş yaradır. Uşaqlarımızı bundan xilas edə bilmirik”.

 

Deputat bildirib ki, uşaqlar ev deyil, əsasən çöl yeməklərinə üstünlük verirlər:

 

“Bu, daha ciddi məsələdir. Genetik quruluşu dəyişdirilmiş  hər şeyi süni yolla istehsal edirlər. Azərbaycan bundan qoruna bilər.  Üzümümüz, narımız – hər şeyimiz var. Adicə dağlarımızda Allahın suyu da var, amma girirsən mağazaya və görürsən  ki, su Fransadan gəlir”.


Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR