"Hamıda var, bizdə də olsun deyə kor-koranə iş görülmür" - Deputatdan qoyulan qadağalara SƏRT REAKSİYA

“Bu işləri görənlər ictimaiyyətə cavab verməlidir”.

 

Sfera.az xəbər verir ki, bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Hikmət Məmmədov “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Azərbaycanda bəzi yollarda sürət həddi azaldıldı. Məsələn, hava limanı yolunda sürət həddi azaldıldı, Bakı-Sumqayıt yolunda avtobus üçün yeni zolaq çəkildi. Nəticədə, yanacaq sərfiyyatı çoxalıb, tıxaclar artıb. Nə avtobuslar, nə də şəxsi avtomobildən istifadə edənlər vaxtında ünvanına çata bilmir. Velosiped zolaqları çəkirik. Lakin bu da əlverişli deyil, vətəndaşların təhlükəsiziliyi təmin olunmur. Biz bunu etməklə nəyə nail olduq? Bu qadağaları kim qoyursa, kim məşğul olursa, zəhmət çəkib ictimaiyyətə hesabat versin ki, sürət həddi azaldıqdan sonra qəzalar nə qədər azaldı, nə əldə etdik. Vətəndaşların təhlükəsizliyinə çalışırıqsa, bu da deyil. Nəyə nail olmaq istədiyimiz bəlli deyil. Hamıda var, bizdə də olsun deyə kor-koranə iş görülmür. Bu qanun layihəsinə səs verəcəm, amma gələcək üçün bizə yeni infrastruktur lazımdır”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Trampın nəvəsi 18 yaşını belə qeyd etdi - VİDEO

ABŞ Prezidenti Donald Trampın nəvəsi Kai Tramp 18 yaşını maraqlı formada qeyd edib. Gənc Tramp bu əlamətdar gündə “TikTok” hesabında paylaşdığı rəqs...

4-cü dəfə burun əməliyyatına girəcək

Əməkdar artist Nigar Şabanova yenidən cərrah bıçağı altına uzanacaq.   Sfera.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat verib.   ...

Çarəsiz qalıb özünü maşından atdı, yerindəcə dünyasını dəyişdi - Masallıda FACİƏ

Mayın 10-da saat 21 radələrində Masallı rayonu Həsənli kəndi ərazisində dəhşətli hadisə baş verib.   Sfera.az “qafqazinfo.az”a istin...

Kürdə suyun səviyyəsi yüksəldi: Daşqın təhlükəsi… - Rəsmi

Hazırda Azərbaycan ərazisinə qonşu dövlətlərdən daxil olan transsərhəd çaylarda (Kür, Araz, Samur, Qabırrı və digərləri), eləcə də ölkənin daxili çaylarında yaz...

ABŞ-Çin razılaşması nefti bahalaşdırdı - RƏQƏMLƏR

ABŞ və Çin arasında qarşılıqlı ticarət rüsumlarının azaldılması barədə razılığın əldə olunmasından sonra dünya bazarlarında neft qiymətləri kəskin artıb &nbs...

4 bürc üçün xəyallar gerçəkləşir - Ürəyinizdə solan daxili alov yenidən alışacaq

Bu yazın sonuncu Tam Ayı, güclü emosiyalar, Kainatdan gələn işarələr və uzun müddət dayanmış vəziyyətlərdə irəliləyiş üçün bir fürsət gətirəcək. Dörd bürc üçün ...