Qonşu ölkədə kinoteatr biletləri BAHALAŞDI

Qonşu ölkədə kinoteatr biletləri BAHALAŞDI

Bu ilin yanvarında Rusiyada kinoteatr biletlərinin orta qiyməti yeni rekorda imza atıb. 

 

Sfera.az xəbər verir ki, bununla bağlı məlumat Rusiya Kino Fondunun Vahid Avtomatlaşdırılmış İnformasiya Sistemində (UAIS) əksini tapıb. 

 

Rekord qiymətlər 2024-cü il yanvarın 4-dən 10-a kimi olan həftədə qeydə alınıb. Həmin günlərdə kino biletinin orta qiyməti 383,3 rubla (təxminən 7,2 manat) çatıb. Sonrakı iki həftə ərzində biletin orta qiyməti 345,3 rubla (6,5 manat) düşsə də, hələ də yüksək hesab olunur. 

 

Məlumata görə, Rusiyada 2015-ci ildən bəri kino biletlərinin orta qiymətləri adətən 240 ilə 270 rubl arasında dəyişib, nadir hallarda 300 rublu keçib. Amma 2023-cü ilin sentyabrından kino biletlərinin qiymətində artım müşahidə edilir. 

 

Qiymətlərin artması tamaşaçıların sayının artması ilə əlaqəlidir. Bu ilin yanvarın 4-dən 7-dək olan müddətdə tamaşaçıların sayında beşillik rekord qeydə alınıb və kinoteatrları 9,4 milyon tamaşaçı ziyarət edib. Lakin bayramlardan dərhal sonra tamaşaçı sayı 3,2 milyona düşüb.

 

Müqayisə üçün bildirək ki, Azərbaycanda kinoteatrlarda biletlərin qiyməti 5 manatdan 27 manata qədər dəyişir. Orta qiymət 10 manata yaxındır. Yəni, Rusiya ilə müqayisədə Azərbaycanda kinoteatr biletlərinin qiyməti daha yüksəkdir. 

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR