\"\"TikTok\"da nalayiq ifadələr işlədirlər\" - Ekspert valideyn nəzarətsizliyindən DANIŞDI

\

Son günlər məktəb şagirdlərinin iştirakı ilə baş verən hadisələrdə cəmiyyət olaraq, günahkarı məktəbdə axtarırıq. Unutmayaq ki, şagirdlərin hərəkətlərinin əsas səbəbkarı kimi valideyn, cəmiyyət və s. komponentlərin məsuliyyəti böyükdür.

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri təhsil eksperti Kamran Əsədov bildirib.

 

“Biz günahı və günahkarı məktəbdə, müəllimdə axtarırıq. Valideyn övladının yalnız təlim fəaliyyəti, qiymətləri ilə yox, onun məktəb yoldaşları ilə münasibəti, maraqları, müəllimləri haqqında da fikirləri ilə maraqlanmalıdır. Valideynlər uşaqların təhsilində müəllimlərin tərəfdaşı kimi çıxış etməlidirlər. Lakin görürük ki, hər kəs məktəbi, müəllimi günahkar çıxarmaq rolundadır. Bu gün valideyinlər şagird olan övladlarının mobil telefonlarına nəzarət etmirlər, onların hansı platformalardan necə istifadə etməsindən xəbərsizdirlər. Apardığımız araşdırmalar göstərir ki, azyaşlı və yeniyetmələrin son günlər "Tik-tok" və "İnstagram" sosial şəbəkəsindəki fəaliyyətləri onların yaş xüsusiyyətinə və psixologiyasına uyğun deyil. Şagirdlərin dərsdən sonra, xüsusi ilə axşam saatlarında bu platformalarda canlı yayımlar açaraq nalayiq ifadələr işlətməsi, kriminal aləmə aid olan musiqilər səsləndirməsi və bu aləmə aid jarqon ifadələrdən istifadə etməsi, onlara valideyin nəzarətinin zəif olması və ya ümumiyyətlə olmaması ilə bağlıdır”.

 

Ekspert bildirib ki, artıq, uşaqlar vaxtlarının böyük əksəriyyətini təhlükəli sosial platformalarda keçirirlər.

 

“Unutmayaq ki, təlim əsasən məktəbdə həyata keçirilir, tərbiyə isə həm ailədə, həm ictimaiyyətdə, həm də məktəbdə aşılanır. Məktəbdə dərsi pozan, küçədə nalayiq hərəkətlər edib videoya çəkən uşaqlar, məktəbə evdən gəlirlər. Məhz bu baxımdan valideynlər övladlarına nəzarəti gücləndirməlidirlər”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda şagirdlər məktəbdə zəhərləniblər? - AÇIQLAMA

Sumqayıt şəhəri 14 saylı ümumi təhsil müəssisəsində 6-cı sinifdə oxuyan iki şagird sentyabrın 23-də dərs bitdikdən sonra (evdə olarkən) özlərini pis hiss etdikl...

Qarabağ və Şərqi Zəngəzura ayrılacaq vəsaitin həcmi...

2020-ci ildən başlayaraq 2024-cü il də daxil olmaqla dövlət büdcəsindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq məqsədləri üçün 17,5 mil...

DYP-dən xəbərdarlıq: Bu yol 2 ay bağlı olacaq!

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 244,2-ci kilometrinin sol...

Baş nazirdən müjdə: 2 milyondan çox vətəndaş...

2025-ci ildə Azərbaycanda əməkhaqqı və sosial ödənişlərdə yeni artımlar 2 milyondan artıq vətəndaşı əhatə edəcək.   Sfera.az Nazirlər Kabinetinə isti...

Azərbaycan yeni minaatan istehsal etdi

Azərbaycan yeni minaatan istehsal edib.   Sfera.az axar.az-a istinadən bildirir ki, çapı 60 mm minaatan ilk dəfə bu gün Bakıda keçirilən ADEX-20...

Hökumət gələn ilin büdcə layihəsiniPrezidentətəqdim edəcək

Nazirlər Kabinetində 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç...